Brüsseldə metro stansiyasında bıçaqlı hücum nəticəsində üç nəfər yaralanıb

Brüsseldə metro stansiyasında bıçaqlı hücum nəticəsində üç nəfər yaralanıb

31 Yanvar 2023 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Brüsselin Avropa Məhəlləsində axşam saatlarında metronun Şuman stansiyasında bıçaqlı hücum olub.

Oxuməni.az xəbər verir ki, hücum nəticəsində bir qadın və iki kişi yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Brüsselin meri Filip Klozun sözlərinə görə, hücum edən şəxs dərhal polis tərəfindən saxlanılıb. Onun 30 yaşı var. Metro stansiyası bağlanıb. O, birbaşa Avropa Komissiyasının binasının altında və Avropa Şurasının yanında yerləşir.

Hadisə şahidlərinin Euronevs-ə dedikləri:

“Bıçaqlı bir adam var idi. Başa düşdüyümə görə, o, qadını bıçaqlamışdı, sonra da bizə hücum etmək istədi. Amma əslində o, sanki metrodan düşüb polisi gözləməmizi istəyirdi”.

“Polis mən orada olduğum vaxt gəldi. Silahlarını hazır vəziyyətdə saxlayırdılar. Kişi telefonla danışır, baş verənləri izah edirdi və sonra polis bizdən getməyimizi istədi və qışqırmağa başladı: qaçın buradan, özünüzü xilas edin, gedin! "

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb qrupları gəlib. Amma ilk olaraq yanğınsöndürənlər həyəcan təbili çalıb, təcili yardım çağırıblar.

E. Axund, Oxuməni.az