Meksikada rəqs salonunun altında 42 paketdə 12 meyit tapıldı

Meksikada rəqs salonunun altında 42 paketdə 12 meyit tapıldı

25 Yanvar 2023 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın Tenanqo del Valle şəhərində rəqs zalının altındakı gizli məzarda 12 cəsəd tapılıb. Ümumilikdə, polis tərəfindən qırx iki paketdə skelet qalıqları aşkar edilmişdir.

Oxuməni.az xəbər verir ki, dəhşətli tapıntı "Xalisko Yeni Nəsil" kartelinin liderlərindən biri, Pozolero ləqəbli Xayme Luisin həbsi ilə bağlıdır.

Rəsmi məlumatlara görə, 1964-cü ildən bəri Meksikada 110 mindən çox insan itkin düşüb. Narkotik kartelləri ilə mübarizə üçün ordunun gətirildiyi 2006-cı ildən bu yana ölkədə təxminən 340,000 ölüm qeydə alınıb ki, bu da əsasən mütəşəkkil cinayətlərlə bağlıdır.