Səkkiz nəfəri öldürüb avtomobili ilə qaçarkən polislər tərəfindən yaxalanıb

Səkkiz nəfəri öldürüb avtomobili ilə qaçarkən polislər tərəfindən yaxalanıb

24 Yanvar 11:31
69
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər ABŞ-da cinayətkarlığın sayı hər gün artmaqda davam edir. Yeni ilin ilk günlərindən etibarən hər gün onlarla cinayət hadisəsi baş verir. Biz də oxumeni.az xəbər portalı olaraq bu hadisələri hər gün dünya mətbuatından izləyir və oxucularımıza çatdırırıq. Ən son belə hadisə ABŞ-ın Kaliforniya ştatında, Half Moon Bay bölgəsində 67 yaşlı ferma işçisi Zhao Chunlinin iki fərqli nöqtədə silahlı hücum həyata keçirməsi ilə yadda qalıb. Silahlının fermaya ilk hücumda 4 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Fermanın yaxınlığında eyni hücumçu daha 3 nəfəri öldürüb. Yaralılardan birinin vəziyyəti ağırdır. Zhao Chunli avtomobili ilə qaçarkən polislər tərəfindən çətinliklə də olsa yaxalanıb. Onun hücum vaxtı istifadə etdiyi silahı da avtomobilindən tapılıb.

Murad Şahməmmədov