Silahlı hücum zamanı 10 nəfər ölüb, 10 nəfər isə yaralanıb

Silahlı hücum zamanı 10 nəfər ölüb, 10 nəfər isə yaralanıb

23 Yanvar 2023 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya ştatında baş verən silahlı hücumda ölənlərin sayı 10-a yüksəlib. Yaralıların sayının da 10 olduğu açıqlanıb. Kaliforniya ştatının Los-Anceles şəhərinin Monterey Park səmtində baş verən silahlı hücumda ölənlərin sayı 10-a yüksəlib. Los Anceles Şerif Departamentindən verilən açıqlamada, "Hadisə yerinə gələn polis qrupları obyektə daxil olub və çoxlu güllə yarası alan adamları müəyyən edib. Hadisə yerinə gələn Monterey Parkı Xilasetmə İdarəsi yaralılara müdaxilə edib. Müəyyən edilib ki, 10 nəfər hadisə yerində ölüb və 10 nəfər də yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır", deyə məlumatda deyilir. Digər tərəfdən, şübhəlinin axtarıldığı bildirildi. Silahlı hücumla bağlı başladılan geniş istintaqa Monterey Park Polis İdarəsi, Kaliforniya Qubernatorluğunun Təcili Xidmət Departamenti və FBI Los Anceles ofisi də qatılıb.

Murad Şahməmmədov