Hücum edərək bıçaqla insanları yaraladı

Hücum edərək bıçaqla insanları yaraladı

11 Yanvar 2023 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa polisi mənbələri bildiriblər ki, bu gün, çərşənbə günü paytaxt Parisdə izdihamlı Gare du Nord stansiyasında bıçaq daşıyan bir tərəfindən bir neçə nəfər yüngül yaralanıb. Adının çəkilməsini istəməyən polis mənbəsi bildirib ki, polis hücumçunu güllələyərək yaraladıqdan sonra həbs edib. Fransa rəsmisi bildirib ki, qəzadan sonra stansiyada nəqliyyatın hərəkəti pozulub, lakin sonradan hücum edən şəxs tutulduqdan və stansiyanın ətrafına təhlükəsizlik kordonu salındıqdan sonra normal vəziyyət yaranıb. Xatırladaq ki, Parisdəki Gare du Nord stansiyası Böyük Britaniyanın paytaxtı Londona və Şimali Avropaya gedən qatarların mərkəzi stansiyası və əsəs mərkəzidir.

Murad Şahməmmədov