"Mossad" almanlara kimyəvi hücum hazırlayan iranlını həbs etməyə kömək edib
Bazar günü, yanvarın 8-də Almaniya polisi İran vətəndaşlarının hazırladığı zəhərli maddələrdən istifadə edərək terror aktının qarşısının alındığını bildirdi.
Oxuməni.az xəbər verir ki, bununla bağlı "Bild" qəzeti Federal cinayət İdarəsinin terror aktının hazırlanması barədə dost ölkədən məlumat aldığını bildirdi. İsrailin Ynet saytı, Almaniya xüsusi xidmət orqanlarının "Mossad"dan məlumat aldığını açıqlayıb. Bu nəşrə görə, İsraildə təcavüzkarların hədəfinin Almaniyadakı yəhudi və ya İsrail obyektləri ola biləcəyi istisna edilmir.
Dəqiqləşdirilmiş məlumatlara görə, alman həmkarlarını şübhəliyə aparan İsrail Xarici Kəşfiyyat Xidməti idi. İndi xüsusi xidmət orqanları hücumun kimə və nəyə qarşı planlaşdırıldığını öyrənirlər.
Həbs əməliyyatı zamanı kimyəvi müdafiə dəstləri ilə təchiz olunmuş xüsusi təyinatlı döyüşçülər 32 yaşlı iranlının Kastrop-Rauxel qəsəbəsindəki mənzilinə girərək onu ələ keçiriblər. Qardaşı onunla birlikdə həbs edildi.
Əziz Mustafa, Oxuməni.az




















































.jpg)










































