İranda daha iki etirazçı asılıb

İranda daha iki etirazçı asılıb

7 Yanvar 2023 21:48
Bəyəndim (0) Bəyənmədim (0)

İran ötən ilin sentyabrında ölkəni bürümüş və hələ də davam edən etirazlarda iştirak edən iki nəfəri asıb.

Oxuməni.az xəbər verir ki, onlar aksiyaların birində hərbçinin qətlində ittiham olunublar.

Prokurorların sözlərinə görə, 22 yaşlı Mehdi Karami və Səid Məhəmməd Hüseyni (yaşı dəqiqləşdirilməyib) bir qrup digər etirazçı ilə birlikdə İran ordusunun zabitini soyundurub, ələ salıb, sonra isə öldürüblər.

Cinayətin əvvəllər küçə qarşıdurmaları zamanı hökumət qüvvələri tərəfindən öldürülən dostunun ölümünə görə qisas almaq məqsədilə törədildiyi iddia edilir.

Kərəminin ailəsi deyir ki, edamdan əvvəl onu görməyə icazə verilməyib. Hüseyninin vəkili isə bildirib ki, onu həbsxanada şiddətli döyüb və demək olar ki, hər zaman gözləri bağlı saxlayıblar.

Vəkillərdən biri deyir: "Ona cərəyanla işgəncə verib və ayağının altına metal çubuqla vurublar".

Yanvarın 3-də İranın Ali Məhkəməsi şikayətə baxıb və ölüm hökmünü qüvvədə saxlayıb.

Hökumət əleyhinə çıxışlara görə edam edilənlərin ümumi sayı hazırda dörd nəfərdir.

Dekabr ayında iki gənc iranlı Möhsün Şəkəri və Məcidreza Rəhnavard artıq edam edilib. İnqilab Məhkəməsi onları "Allaha qarşı müharibə"də təqsirli bilib, bu, milli təhlükəsizlik qanununun pozulmasıdır.

Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının (IHR) məlumatına görə, İranda beşi qadın olmaqla, ən azı 100 hökumət əleyhinə etirazçı edam cəzasına məhkum edilib.

E. Axund, Oxuməni.az