Rusiyanın Sputnik Litva agentliyinin baş redaktoru Latviyada saxlanılıb
Rusiyanın Sputnik agentliyinin baş redaktoru Latviyada saxlanılıb.
Oxuməni.az xəbər verir ki, “Sputnik Litva”nın baş redaktoru Marat Kasemi Avropa İttifaqının sanksiyalarını pozmaqda və Rusiyaya casusluqda da şübhəli olduğu bildirilir.
Latviyanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Kremlyönlü "Sputnik Litva" xəbər agentliyinin baş redaktoru Marat Kasemi-ni saxlayıblar. Bu barədə cümə axşamı, yanvarın 5-də kəşfiyyat xidmətinin bəyanatına istinadən məlumat yayılıb.
Onun sözlərinə görə, Kasemi yanvarın 3-də “Avropa İttifaqının sanksiyaları altında olan Kremlin təbliğat resursunu iqtisadi təmin etməkdə şübhəli bilinərək” saxlanılıb. Öz növbəsində, "Sputnik Near Abroad" portalı mənbəyə istinad etmədən iddia edir ki, Kasemi casusluqda şübhəli bilinir, onu 20 ilə qədər həbs cəzası gözləyə bilər.
Kasemi-nin vəkili İmma Jansone bildirib ki, işin materialları ona hələ çatmayıb. Yanvarın 5-də Riqa məhkəməsi Marat Kasemi barəsində həbs-qətimkan tədbiri seçib.
2019-cu ilin may ayının sonunda Marat Kasemi Vilnüs hava limanında, özünün də söylədiyi kimi, "milli təhlükəsizliyə təhdid" ifadəsi ilə saxlanılıb. Sonra ona beş il müddətinə Litvaya giriş qadağan edilib. 2019-cu ilin iyulunda Litva Radio və Televiziya Yayımları Komissiyası (RTCL) "Sputnik Litva" saytını müəllif hüquqlarının pozulmasına görə bloklamaq qərarına gəlib. Litva Milli Radio və Televiziyası (LRT) "Sputnik" -in qeyri-qanuni və onun razılığı olmadan öz saytında LRT-yə aid məqalələr dərc etdiyini iddia edib.
Mart ayında Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Avropa İttifaqı "Sputnik" agentliyinin və "RT" kanalının Aİ-də fəaliyyətinə qadağa qoyub. Qadağa müharibənin sonuna qədər və Rusiyaya bağlı media “AB-yə qarşı dezinformasiya fəaliyyətini və informasiya manipulyasiyasını dayandırana qədər” qüvvədədir.
E. Axund, Oxuməni.az




















































.jpg)










































