Pakistan kəşfiyyat agentliyinin direktor müavini öldürülüb

Pakistan kəşfiyyat agentliyinin direktor müavini öldürülüb

4 Yanvar 2023 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan kəşfiyyat agentliyinin direktor müavini Pəncab əyalətinin Multan şəhərinin Xaneval bölgəsində öldürülüb.

Oxuməni.az xəbər verir ki, o, naməlum silahlı şəxsin hücumuna məruz qalıb. Direktor müavini ilə bərabər, başqa bir kəşfiyyat rəsmisi də qətlə yetirilib. Pakistan polisi silahlı şəxsin sui-qəsdən sonra hadisə yerində iz qoymadan uzaqlaşdığını bildirib.

Hələlik ölkədə heç bir qrup, o cümlədən "Pakistan Talibanı" sui-qəsdə görə məsuliyyəti öhdəsinə götürməyib.

Rəsmi İslamabad terror barədə rəsmi açıqlama verməyib.yenisabah.az