Bir gündə iki piyada ölüb
Gəncə şəhərində sürücü piyadanı vurub. Piyada yerindəcə keçinib.
Dünən axşam saatlarında Gəncə şəhərinin Kəpəz rayonu ərazisində, şəhər sakini Eşqin Kərimov "VAZ-21061" markalı avtomaşını idarə edərkən həmyerlisi Məmməd Musayevi vurub. Nəticədə M. Musayev hadisə yerində ölüb.
Hadisə ilə bağlı Kəpəz rayonu prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam edir.
Bundan başqa Qazax rayonu ərazisində, Məzəm kənd sakini Natiq Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən Qazax şəhər sakini Etibar İsmayılovu vurmuşdur. Bu hadisə nəticəsində piyada E. İsmayılov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər