Azərbaycanda 27 sentyabrın kriminal xronikası

Azərbaycanda 27 sentyabrın kriminal xronikası

28 Sentyabr 2012 12:35
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 60 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 35-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.

Lökbatan qəsəbə sakini Nurəddin Babaverdiyevi qətlə yetirmiş Saatlı rayon sakini Orucəli Abdullayev könüllü olaraq polis şöbəsinə gəlmişdir

27.09.2012

Sentyabrın 27-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindəki yeni tikilmiş evində, Lökbatan qəsəbə sakini Nurəddin Babaverdiyevin bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Hadisəni törətmiş Saatlı rayon sakini Orucəli Abdullayev könüllü olaraq Saatlı RPŞ-yə gedib, qətli törətməsini etiraf etmişdir.

Quldurluq etmiş Yevlax rayon sakini Rafail Bəkirov tutulmuşdur

27.09.2012

Sentyabrın 27-də saat 06.00 radələrində Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbə sakini Azər Niftalıyevin həyətindən 2 ədəd velosipedi oğurlamağa cəhd göstərmiş naməlum şəxs Azəri gördükdə onu bıçaqla hədələyərək pul və qızıl əşyaları verməsini tələb etmişdir. Hadisənin törətmiş Yevlax rayon sakini Rafail Bəkirov Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.09.2012

Sentyabrın 27-də saat 08.30 radələrində Abşeron rayonu ərazisində, Xırdalan şəhər sakini Elbrus Abbasovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Sevinc Sədrəddinovanın idarə etdiyi "Daewoo" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Abbasov hadisə yerində ölmüş, xəsarət almış S.Sədrəddinova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Göyçay rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi

27.09.2012

Sentyabrın 27-də saat 23.00 radələrində Göyçay rayonu ərazisində, rayon sakini Şahin Bağırov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

İsmayıllı rayonunun Yeniyol kəndi ərazisində yol-nəqliyyat hadisəsi

27.09.2012

Sentyabrın 27-də saat 20.00 radələrində İsmayıllı rayonunun Yeniyol kəndi ərazisində, Saatlı rayon sakini Hüseyn Əliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış sürücü və sərnişinləri xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.09.2012

Sentyabrın 27-də saat 07.10 radələrində Xətai rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Elşən Yəhyayev vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.09.2012

Sentyabrın 27-də saat 17.00 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Nazilə Həsənova vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Suraxanı qəsəbə sakini Mehdi Rəhimovun evində tiryəkxana saxlaması müəyyən edilmişdir

27.09.2012

Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı qəsəbə sakini Mehdi Rəhimovun evində tiryəkxana saxlaması müəyyən edilmiş və orada olan Bakı şəhər sakinləri Vaqif Maksimovdan 0,183 qram, Rövşən Əlişanovdan 0,224 qram, Vüsal Ağayevdən 0,215 qram və İkram Ağayevdən 0,206 qram heroin götürülmüşdür.

Oğurluq etmiş Bakı şəhər sakini Zemfira İsmayılova tutulmuşdur

27.09.2012

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Gülcahan Mehbalıyevanın 102 manat pulunu, 1 ədəd mobil telefonunu və açarlarını oğurlamış Bakı şəhər sakini Zemfira İsmayılova tutulmuşdur.

Cəlal Niftəliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Vasiliy Miraşniçenko tutulmuşdur

27.09.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Cəlal Niftəliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Vasiliy Miraşniçenko tutulmuşdur.

Avtomaşın qaçırmış Bakı şəhər sakini Qiyaməli Bayramov saxlanılmışdır

27.09.2012

Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da Abdulla Məmmədova məxsus "VAZ-2103" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Qiyaməli Bayramov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun sentyabrın 22-də Samir Abbasova məxsus "VAZ-2106" markalı və sentyabrın 26-da Nəriman Həmidova məxsus "VAZ-2106" markalı avtomaşınları qaçırması da müəyyən edilmişdir.

Mahmudağa Mahmudovu bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmış Elşad Mahmudov tutulmuşdur

27.09.2012

Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Mahmudağa Mahmudovu bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmış Elşad Mahmudov tutulmuşdur.

100 litr dizel yanacağı oğurlamış Zaqatala rayon sakini Nurəddin Ramazanov tutulmuşdur

27.09.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də Xanabad kəndi ərazisində, "Azər Toxum" MMC-nin ərazisindən 100 litr dizel yanacağı oğurlamış Zaqatala rayon sakini Nurəddin Ramazanov tutulmuşdur.

Ümumi çəkisi 1,052 t olan çətənə kolu yığılaraq məhv edilmişdir

27.09.2012

Gədəbəy RPŞ əməkdaşları rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 52 kiloqram olan 1151 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

Yanacaq oğurlayıb satmağa cəhd göstərmiş Fuad Heydərov saxlanılmışdır

27.09.2012

Hacıqabul RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-da "Akkord İnşaat Sənaye" MMC-yə məxsus 3155 litr dizel yanacağını oğurlayıb satmağa cəhd göstərmiş, oranın işçisi Fuad Heydərov saxlanılmışdır.

Bakı şəhər sakini Ramazan Ramazanov ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığı xəsarətdən ölmüşdür

27.09.2012

Sentyabrın 15-də Binəqədi rayonu ərazisindəki "Akabe İnşaat" MMC-nin həyətində, orada işləyən Bakı şəhər sakini Ramazan Ramazanov ehtiyatsızlığı nəticəsində yıxılmış və aldığı xəsarətdən xəstəxanada ölmüşdür.

1 ədəd "AK-74" markalı avtomat tapılmışdır

27.09.2012

Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən şəhər ərazisində 1 ədəd "AK-74" markalı avtomat tapılmışdır.

Yardımlı rayon Hamarkənd kənd sakini Siyasət Əliyev kəsdiyi ağacın üstünə düşməsi nəticəsində ölmüşdür

27.09.2012

Sentyabrın 27-də Yardımlı rayonunun Hamarkənd kəndi ərazisində, kənd sakini Siyasət Əliyev kəsdiyi ağacın üstünə düşməsi nəticəsində ölmüşdür.

Bərdə rayon sakini Pünhan Cabbarov daş kəsən qurğudan yıxılaraq ölmüşdür

27.09.2012

Sentyabrın 27-də Səbail rayonu ərazisində, "Binə" MMC-yə məxsus daş karxanasında, orada işləyən Bərdə rayon sakini Pünhan Cabbarov daş kəsən qurğudan yıxılaraq ölmüşdür.

O.M.