Göyçayda iki avtomobilin ötüşməsi ölümlə nəticələnən yol qəzasına səbəb oldu

Göyçayda iki avtomobilin ötüşməsi ölümlə nəticələnən yol qəzasına səbəb oldu

28 Sentyabr 2012 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şahidlərin ifadələrinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 216-cı kilometrliyində, Göyçay rayon mərkəz avtovağzalının qarşısında qeydə alınıb. Göyçay sakini, 1993-cü il təvəllüdlü Bağırov Şahinin idarə etdiyi "90-FX- 211" dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq dairəvi yol ayırıcına çırpılaraq aşıb. Hadisə nəticəsində sürücü vəfat edib, sərnişin, 1991-ci il təvəllüdlü Qəniyev Emil Elman oğlu ağır bədən xəsarətləri ilə Göyçay mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Şahidlərin sözlərinə görə, hadisə iki avtomobilin ötüşməsi nəticəsində baş verib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.