
Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 39 yaşlı kişi xilas edildi
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 1973-cü il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə ("Zaqulba 3" sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmişdir. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:55-də başa çatmışdır.
O.M.
Digər xəbərlər