Yanğın Bərdədə və Qobustanda şəxsi təsərrüfatlara külli miqdarda ziyan vurdu

Yanğın Bərdədə və Qobustanda şəxsi təsərrüfatlara külli miqdarda ziyan vurdu

25 Sentyabr 2012 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bərdə rayonu, Ləmbəran kəndində (rayon mərkəzindən 42 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Digər yanğın hadisəsi Qobustanda qeydə alınmışdır. Qobustan rayonu, Cəyirli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 7 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunmuşdur.

Hər iki faktla bağlı araşdırma aparılır.

O.M.