
Bakıda iki nəfər bir nəfəri döyərək öldürüb
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün gecə saatlarında rayon ərazisində qətllə nəticələnən kütləvi mübahisə hadisəsi qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Bakı şəhər sakini, 45 yaşlı Nizami Məmmədov Elman Əliyev və Xanəhməd Ağayevi bıçaqlayıb. Bıçaqlanan şəxslər daha sonra N.Məmmədovu döyüblər. Nəticədə hər üç şəxs xəstəxanaya yerləşdirilib. N.Məmmədovun aldığı xəsarət ağır olduğundan onu xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
O.M.
Digər xəbərlər