
Xocalıda itmiş bir nəslin sonuncu üzvü yol terrorunun qurbanı oldu
Bakıda baş vermiş yol qəzası Xocalı soyqırımında bütün üzvlərini itirmiş nəslin son nümayəndəsinin canını alıb. Milli.az-ın məlumatına görə, həmin şəxs Xocalı Rayon Təhsil Şöbəsinin müdiri 50 yaşlı Məhəmməd Rəsulovdur.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yol qəzası ötən gecə Bakı yaxınlığında baş verib. Taksi ilə paytaxta gələn təhsil şöbəsinin müdiri 50 yaşlı Məhəmməd Rəsulov yol qəzasına düşüb. Taksinin yol kənarında hasara dəyməsi nəticəsində M.Rəsulov aldığı xəsarətdən dünyasını dəyişib.
Qeyd edək ki, əslən Xocalıdan olan M.Rəsulov Xocalı soyqırımından sonra nəslin sağ qalmış yeganə nümayəndəsi olub. O, soyqırım zamanı bütün əzizlərini itirib.
O.M.
Digər xəbərlər