
Maştağada qısqanclıq zəminində qətl hadisəsi törədildi
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 24-də Maştağa qəsəbəsində qətl hadisəsi qeydə alınıb. Qəsəbə sakini İslam Məmmədov qısqanclıq zəminində qeyri-rəsmi yaşadığı Sevinc Həsənovanı qətlə yetirib. Hadisəni törədən İ.Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
O.M.
Digər xəbərlər