Bakıda mənzilində bağlı qapı arxasında qalan vətəndaş təcili yardıma təhvil verildi

Bakıda mənzilində bağlı qapı arxasında qalan vətəndaş təcili yardıma təhvil verildi

25 Sentyabr 2012 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə birmərtəbəli fərdi yaşayış evinin qapısını bayır tərəfdən açmış və vətəndaşın hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilməsini təmin etmişlər.

O.M.