Bakı-Qazax yolunda naməlum kişi meyiti tapıldı

Bakı-Qazax yolunda naməlum kişi meyiti tapıldı

25 Sentyabr 2012 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində naməlum kişi meyiti tapılıb. Hadisə yerinə yollanan Ucar Rayon Polis Şöbəsinin əməliyyatçıları orada təxminən 30-35 yaşlarında olan kişi meyiti aşkarlayaraq, ekspertiza edilmək üçün Məhkəmə Tibbi Ekspertizaya və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə göndəriblər. Hələlik mərhumun şəxsiyyəti, hansı şəraitdə ölməsi və ya öldürülməsi barədə heç bir məlumat yoxdur.

O.M.