142 saylı marşrut avtobusu yük maşını ilə toqquşdu

142 saylı marşrut avtobusu yük maşını ilə toqquşdu

25 Sentyabr 2012 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 08:30 radələrində Binəqədi şosesi, "Söyüdlər" ərazisində 142 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu "KamAZ" yük maşını ilə toqquşub. Ölən olmasa da, 3 yaralı var. Hər üç yaralı müalicə aldıqdan sonra evə buraxılıb.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəza marşrut avtobusunun sürücüsünün günahı ucbatından baş verib. Hazırda hadisə yerində araşdırma aparılır.

O.M.