Azərbaycanda 21-23 sentyabrın kriminal xronikası

Azərbaycanda 21-23 sentyabrın kriminal xronikası

24 Sentyabr 2012 11:40
Bəyəndim (0) Bəyənmədim (0)
Cümə, şənbə və bazar günləri ərzində 149 cinayət faktı qeydə alınmışdır

Cümə günü ərzində 66 cinayət faktı qeydə alınmışdır

21.09.2012
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 39-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 15 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 43 nəfər tutulmuşdur.

Qohumu Cavanşir Səfərova bıçaqla ayaq nahiyəsindən xəsarət yetirərək ölümünə səbəb olmuş Binəqədi rayonu ərazisində yaşayan Hüseyn Ziyadov tutulmuşdur

21.09.2012

Sentyabrın 21-də Binəqədi rayonu ərazisində yaşayan Hüseyn Ziyadov münaqişə zəminində Kürdəmir rayon sakini, qohumu Cavanşir Səfərova bıçaqla ayaq nahiyəsindən xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş C.Səfərov sentyabrın 22-də orada ölmüşdür. H.Ziyadov Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.

Qaradağ rayonunun Ələt qəsəbə sakini Qəzəlxan Mirzəyevə bıçaqla xəsarət yetirmiş Ceyhun Məmmədov tutulmuşdur

21.09.2012

Sentyabrın 21-də Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində, qəsəbə sakini Ceyhun Məmmədov münaqişə zəminində həmyerlisi Qəzəlxan Mirzəyevə bıçaqla xəsarət yetirmişdir. C.Məmmədov Qaradağ RPİ 11-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.09.2012

Sentyabrın 21-də saat 01.30 radələrində Binəqədi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Abşeron rayon sakini Fuad Həsənov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.09.2012

Sentyabrın 20-də saat 23.05 radələrində Nərimanov rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla, Abşeron rayon sakini Azər Səlimovun idarə etdiyi "BMW" markalı avtomaşın toqquşmuşdur. Nəticədə xəsarət almış A.Səlimova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.09.2012

Sentyabrın 21-də saat 12.20 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Füzuli Aslanov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Füzuli rayonunun Qarabağ kəndi ərazisində yol-nəqliyyat hadisəsi

21.09.2012

Sentyabrın 21-də saat 15.40 radələrində Füzuli rayonunun Qarabağ kəndi ərazisində, rayon sakini Cəmiyyət Hümbətov "Mercedes" markalı avtomaşını idarə edərkən, onu aşırmışdır. Nəticədə sürücü və sərnişinlərindən Şıxəli Ağayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi

21.09.2012

Sentyabrın 21-də saat 17.00 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində, kənd sakini Ramil İsgəndərov "VAZ-2101" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Rəqsanə Teymurova aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

21.09.2012

Sentyabrın 21-də saat 16.00 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində, Müşfiqabad qəsəbə sakini Salman Şirinovun idarə etdiyi "Mercedes-E 200" və Tovuz rayon sakini Yusif Tağıyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Y.Tağıyevin sərnişini Müşfiqabad qəsəbə sakini Eyvallah Hüseynov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Quldurluq etmiş Sabirabad rayon sakini Məsləhət Zərbalıyev tutulmuşdur

21.09.2012

Baş Cinayət-Axtarış İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Bəşir Rzayevə məxsus mağazaya gəlib, onun oğlu Ramalı bıçaqla hədələyərək oradan 1400 manat pul və danışıq kartları aparmış Sabirabad rayon sakini Məsləhət Zərbalıyev tutulmuşdur.

Tapılmış meyitin şəxsiyyəti müəyyən edilmişdir

21.09.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 18-də Səməd Vurğun küçəsi ev 17-nin çardağında tapılmış meyitin şəxsiyyəti müəyyən edilmişdir. O, Sumqayıt şəhər sakini Süleyman Ramazanov olmuşdur.

Sədərək rayonunun Heydərabad qəsəbə sakini Elnur Babayev tapdığı silah-sursatı təhvil vermişdir

21.09.2012

Sədərək rayonunun Heydərabad qəsəbə sakini Elnur Babayev tapdığı 2 ədəd qumbaranı və 60 ədəd avtomat gülləsini könüllü olaraq Sədərək RPŞ-yə təhvil vermişdir.

Füzuli rayonu ərazisindən silah-sursat tapılmışdır

21.09.2012

Füzuli RPŞ əməkdaşları tərəfindən Zobucuq kəndi ərazisində 1 ədəd "Karabin" tüfəngi, 3 ədəd qumbara, 380 ədəd avtomat patronu, 22 ədəd patron darağı və digər hərbi sursatlar tapılmışdır.

Gürcüstan vətəndaşı Maya Quqanidzenin idarə etdiyi avtomaşında məişətdə istifadə olunan qaz balonunun sızması nəticəsində yanğın baş vermişdir

21.09.2012

Sentyabrın 21-də saat 19.00 radələrində Yasamal rayonu ərazisində, Gürcüstan vətəndaşı Maya Quqanidzenin idarə etdiyi "VAZ-21011" markalı avtomaşında məişətdə istifadə olunan qaz balonunun sızması nəticəsində yanğın baş vermişdir. Nəticədə avtomaşının salonu qismən yanmış, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş sürücüyə isə tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Zabil Müseyibov ölmüşdür

21.09.2012

Sentyabrın 15-də saat 16.00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, Bakı şəhər sakini Zabil Müseyibov "Lifan" markalı avtomaşını idarə edərkən onu yolun kənarında saxlanılmış "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü sentyabrın 21-də orada ölmüşdür.

Daşkəsən rayon sakini Raman Həsənov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

21.09.2012

Sentyabrın 21-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində, qəsəbə sakini Habil Əliyevin evində, orada təmir işləri aparan Daşkəsən rayon sakini Raman Həsənov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Gəncə şəhərində yaşayan Esmira Məmmədova və Göygöl rayon sakini Vüsalə Əliyeva sirkə turşusundan zəhərlənmişlər

21.09.2012

Sentyabrın 21-də Gəncə şəhərində yaşayan Esmira Məmmədova və Göygöl rayon sakini Vüsalə Əliyeva evlərindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Arvadı Vəfanı qətlə yetirmiş, İmişli şəhər sakini Cavad Rəfiyevə xəsarət yetirmiş Elnur Əliyev könüllü olaraq RPŞ-yə gəlmişdir

21.09.2012

Sentyabrın 21-də İmişli şəhərindəki yeni tikilmiş evlərdən birində, orada yaşayan Elnur Əliyev qısqanclıq zəminində bıçaqla əvvəlcə arvadı Vəfaya, sonradan isə onunla birgə tutduğu şəhər sakini Cavad Rəfiyevə xəsarət yetirmişdir. Vəfa aldığı xəsarətdən hadisə yerində ölmüş, Cavada isə xəstəxanada tibbi yardım göstərildikdən sonra İmişli RPŞ-yə gətirilmişdir. E.Əliyev könüllü olaraq RPŞ-yə gəlmişdir.

Şənbə günü ərzində 45 cinayət faktı qeydə alınmışdır

22.09.2012

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.

Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.09.2012

Sentyabrın 22-də saat 02.30 radələrində Masallı rayonu ərazisində, Lənkəran rayon sakini Bayram Şuşayev "Kia" markalı avtomaşını idarə edərkən onu qarşıda gedə Lerik rayon sakini Baladdin Məstiyevin idarə etdiyi "QAZ-5312" markalı avtomaşına vurmuşdur. Nəticədə B.Şuşayevin sərnişinlərindən Fəxri Səfərov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Aqil Səfərov, Natiqə Rəhimova və onun qızı Aytən isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.09.2012

Sentyabrın 22-də saat 00.30 radələrində Abşeron rayonu ərazisində, Bakı şəhər sakini Ruslan Bayramovun "Mercedes" markalı avtomaşını idarə edərkən 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür.

Koma halında xəstəxanaya gətirilmiş İsmayıllı şəhər sakini Tacir Əkbərov ölmüşdür

22.09.2012

Sentyabrın 22-də "K.E-İnşaat" MMC tərəfindən İsmayıllı şəhəri ərazisində kanalizasiya xətti üçün qazılmış xəndəyə, torpaq sürüşdüyündən, orada fəhlə işləyən şəhər sakini Tacir Əkbərov koma halında xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.09.2012

Sentyabrın 22-də saat 13:45 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Fərid Muxtarov "Fiat" markalı avtomaşını idarə edərkən 60-65 yaşlı qadını vurmuşdur. Nəticədə xəsarət almış həmin qadın xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

22.09.2012

Sentyabrın 22-də saat 07:30 radələrində Suraxanı rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Nurlanə Şabanova vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

22.09.2012

Sentyabrın 22-də saat 22:00 radələrində Gəncə şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Tural Bağırov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Şəki şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

22.09.2012

Sentyabrın 22-də saat 21:30 radələrində Şəki şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Kənan Cəbrayıllı vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Mobil telefon oğurlamış Ağstafa rayon Qırılı kənd sakini Niyazi Abdullayev tutulmuşdur

22.09.2012

Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Elmira Niftalıyevaya məxsus mobil telefonu oğurlamış Qırılı kənd sakini Niyazi Abdullayev tutulmuşdur.

Biləcəri qəsəbəsi ərazisində qəza hadisəsi

22.09.2012

Sentyabrın 21-də saat 23:55 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində, Ələt qəsəbə sakini İsif Şahsuvarov "Nova" markalı avtomaşını idarə edərkən, onu elektrovoza vurmuşdur. Nəticədə xəsarət almış İ.Şahsuvarov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Masallı rayonu yol-nəqliyyat hadisəsi

22.09.2012

Sentyabrın 22-də saat 00.30 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində, qəsəbə sakini Manaf Tağıyevin idarə etdiyi "VAZ-2107" və rayon sakini Samir İbadovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Tağıyev və sərnişinlərindən qəsəbə sakinləri Vüsal Ramazanov, Amil Rəhimov, habelə S.İbadovun sərnişinlərindən Naib Əliyev hadisə yerində ölmüş, xəsarət almış digərləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Ağdaş rayonunun Qoşaqovaq kənd sakini Gündüz Məmmədovu bıçaqla qətlə yetirmiş Ramil Yadigarov tutulmuşdur

22.09.2012

Sentyabrın 22-də Ağdaş rayonunun Qoşaqovaq kəndində, kənd sakini Ramil Yadigarov münaqişə zəminində həmkəndlisi Gündüz Məmmədovu bıçaqla qətlə yetirmişdir. R.Yadigarov tutulmuşdur.

Bakı şəhər sakini Asif Kəlbiyev daş karxanasında dəzgaha düşərək ölmüşdür

22.09.2012

Sentyabrın 22-də Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisindəki 1 saylı Tikinti Materialları MMC-nin Daş Karxanasında, orada işləyən Bakı şəhər sakini Asif Kəlbiyev dəzgaha düşərək ölmüşdür.

Bazar günü ərzində 38 cinayət faktı qeydə alınmışdır

23.09.2012
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 38 cinayət faktı qeydə alınmış, onların da 17-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.

Yardımlı rayon Telavar kənd sakini Bəykişi Babayevə bıçaqla xəsarət yetirmiş Anar Abbasov tutulmuşdur

23.09.2012

Sentyabrın 23-də saat 21.00 radələrində Yardımlı rayonunun Telavar kəndi ərazisində, kənd sakini Anar Abbasov münaqişə zəminində həmkəndlisi Bəykişi Babayevə bıçaqla xəsarət yetirmişdir. A.Abbasov Yardımlı RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Quldurluq etmiş Şirvan şəhər sakini Kamal Əhmədov tutulmuşdur

23.09.2012

Sentyabrın 22-də saat 20.00 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində, naməlum şəxs qəsəbə sakini Amid Babayevə qarşı zor tətbiq edərək, ondan 39 manat pul və mobil telefonunu almışdır. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri hadisəni törətmiş Şirvan şəhər sakini Kamal Əhmədov tutulmuş və ondan 0, 235 qram heroin götürülmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

23.09.2012

Sentyabrın 23-də saat 07.00 radələrində Nərimanov rayonu ərazisində, Sabirabad rayon sakini Həbib Abdullayev, İmişli rayon sakini, tanışı İmran Məmmədova məxsus "Mercedes" markalı avtomaşını qaçırmış və idarə edərkən onu yolun kənarındakı maneəyə vurmuşdur. İ.Məmmədov Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Tovuz rayonunun İbrahimhacılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

23.09.2012

Sentyabrın 23-də saat 23.00 radələrində Tovuz rayonunun İbrahimhacılı kəndi ərazisində, rayon sakini Xəyal Xanmirzəyev "Hyundai H-100" markalı avtomaşını idarə edərkən, yolu keçən kənd sakini Ulduz Qocayeva və Reyhan Məmmədovanı vurmuşdur. Nəticədə U.Qocayeva xəstəxanaya aparılarkən yolda ölmüş, R.Məmmədova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.

Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

23.09.2012

Sentyabrın 23-də saat 13.00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində, rayon sakini Balakərim Süleymanovun idarə etdiyi "Moskviç" və Bakı şəhər sakini Səbuhi Novruzovun idarə etdiyi "Audi Q-7" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə B.Süleymanov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

23.09.2012

Sentyabrın 23-də saat 08.00 radələrində Mingəçevir şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla, şəhər sakini İsbəndiyar Muradov vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

İçərisində pul və qızıl əşyaları olan dəmir seyfi oğurlamış Bakı şəhər sakinləri Cavidan Hacıyev və Rahim Heydərov tutulmuşlar

23.09.2012

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Züleyxa Eyvazovanın evindən 3000 manat pul və qızıl əşyaları olan dəmir seyfi oğurlamış Bakı şəhər sakinləri Cavidan Hacıyev və Rahim Heydərov tutulmuşlar.

Qohumunu baltalayan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı həbs olunmuşdur

23.09.2012
Bakı şəhər sakini, Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, 38 yaşlı Şirvan Çingiz oğlu Qurbanov qohumu 50 yaşlı İbad Nüsrət oğlu Cəfərova balta ilə xəsarət yetirmişdir. Qolundan xəsarət alan İ.Cəfərov xəstəxanaya yerləşdirilmişdir. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Oğurluq etmiş Goranboy rayon sakini Namiq Rüstəmov tutulmuşdur

23.09.2012

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də Rəsmiyyə Abbasovanın evindən 930 manat pul oğurlamış Goranboy rayon sakini Namiq Rüstəmov tutulmuşdur.

Pənah Nöhbalayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış qohumu Fuad Nöhbalayev tutulmuşdur

23.09.2012

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Pənah Nöhbalayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış qohumu, əvvəllər məhkum olunmuş Fuad Nöhbalayev tutulmuşdur.

Naib Sayadova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Göygöl rayon Çaylı kənd sakini Emin Zeynallı tutulmuşdur

23.09.2012

Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Naib Sayadova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Çaylı kənd sakini Emin Zeynallı tutulmuşdur.

Ədalət Vəliyevə bıçaqla xəsarət yetirmiş Hafiz Məmmədrzayev könüllü olaraq Gədəbəy RPŞ-yə gəlmişdir

23.09.2012

Sentyabrın 22-də Ədalət Vəliyevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış İnəkboğan kənd sakini, qohumu Hafiz Məmmədrzayev könüllü olaraq Gədəbəy RPŞ-yə gəlmişdir.

Oğurluğa cəhd göstərmiş Yevlax şəhər sakini Roza Xasanova tutulmuşdur

23.09.2012

Zərdab RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Mehman Qədirovun evindən oğurluğa cəhd göstərmiş Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Roza Xasanova tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun həmin gün Tünzalə Məlikovanın evindən 7650 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.

Hacıqabul rayon ərazisindən silah-sursat tapılmışdır

23.09.2012

Hacıqabul RPŞ əməkdaşları tərəfindən rayon ərazisində istifadə edilməyən köhnə binanın ərazisində 2 ədəd "F-1", 1 ədəd "RQD-5" qumbarası, 3 ədəd qumbara alışdırıcısı, 1 ədəd süngü-bıçaq, 15 ədəd trotil şaşka tapılmışdır.

İçkidən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yaşayan Ağayusif Həsənov ölmüşdür

23.09.2012

Sentyabrın 23-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində yaşayan Ağayusif Həsənov evindən spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

"Sultan" MTK tərəfindən inşa edilən binada işləyən Emin Novruzov yıxılaraq xəsarət almışdır

23.09.2012

Sentyabrın 23-də Sumqayıt şəhəri ərazisində, "Sultan" MTK tərəfindən inşa etdirdiyi 5 mərtəbəli binanın 4-cü mərtəbəsindən, orada işləyən Emin Novruzov yıxılaraq xəsarət almışdır. E.Novruzov xəstəxanaya gətirilmiş, vəziyyəti orta-ağırdır.

Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

23.09.2012

Sentyabrın 23-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində, "4T" MMC-də işləyən İsa Yaqubovun ayağına daş düşmüşdür. İ.Yaqubov xəstəxanaya gətirilmiş və sağ ayağı amputasiya olunmuşdur.

O.M.