
FHN əməkdaşları Sumqayıtda intihar etmək qadını fikrindən daşındırdılar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində bir nəfərin intihar etmək məqsədilə mənzilinin eyvanına çıxması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qadın özünü yaşadığı beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilinin eyvanından atmaqla intihar etmək istəyir. Xilasedicilər mənzilə daxil olmuş, gərgin psixoloji vəziyyətdə olan qadını fikrindən yayındıraraq onunla müvafiq danışıqlar aparmış və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər.
O.M.
Digər xəbərlər