Azərbaycanda 20 sentyabrın kriminal xronikası

Azərbaycanda 20 sentyabrın kriminal xronikası

21 Sentyabr 2012 13:04
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 46 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınmış, onların da 35-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.

Göygöl rayon Yeni Qızılca kənd sakini Şirin Bayramovu qətlə yetirmiş Elvin Kərimov tutulmuşdur

20.09.2012

Sentyabrın 20-də saat 12.30 radələrində Göygöl rayonunda yaşayan Elvin Kərimov qısqanclıq zəminində bıçaqla əvvəlcə anası Elmiraya yüngül xəsarət yetirmiş, sonradan isə rayonunun Yeni Qızılca kəndinə gedərək anasının tanışı kənd sakini Şirin Bayramovu qətlə yetirmişdir. E.Kərimov Göygöl RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.

Gəncə şəhər sakini Emin Əhmədova bıçaqla xəsarət yetirmiş Röyal Hüseynov tutulmuşdur

20.09.2012

Sentyabrın 20-də Gəncə şəhər sakini Röyal Hüseynov münaqişə zəminində həmyerlisi Emin Əhmədova bıçaqla xəsarət yetirmişdir. R.Hüseynov Kəpəz RPİ əməkdaşları tərəfindən tutulmuşdur.

Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

20.09.2012

Sentyabrın 20-də saat 15.00 radələrində Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində, rayon sakini Abdulla Nəcəfov "VAZ-21074" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi Əfqan Hüseynovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.09.2012

Sentyabrın 20-də saat 14.00 radələrində Quba rayonu ərazisində, Nügədi Qazmalar kənd sakini Aslan Əmirəliyev "VAZ-21063" markalı avtomaşını idarə edərkən yolu keçən rayon sakini Sona Mirzəliyevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.09.2012

Sentyabrın 20-də saat 21.45 radələrində Nərimanov rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Ramin İsmayılov vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

20.09.2012

Sentyabrın 19-da saat 17.20 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Almaz Ağayevanı vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Quldurluq etmiş Sabirabad rayon sakini Hacı Cəfərov tutulmuşdur

20.09.2012

Baş Cinayət-Axtarış İdarəsi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər, Bakı BPİ-nin Dövlət Yol Polis İdarəsi və Yasamal RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Kürdəmir rayonunun Ərşəli kəndi ərazisindəki Bəşir Rzayevə məxsus mağazaya gəlib, onun oğlu Ramalı bıçaqla hədələyərək oradan 1400 manat pul və danışıq kartları aparmış "Hyundai" markalı avtomaşının sürücüsü Sabirabad rayon sakini Hacı Cəfərov sentyabrın 20-də Yasamal rayonu ərazisində saxlanılmış və Kürdəmir RPŞ-yə təhvil verilmişdir.

Bakı şəhər sakini Sevil Mütəllimova qadınları fahişəliyə cəlb etməsi ilə əlaqədar tutulmuşdur

20.09.2012

İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Sevil Mütəllimova gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi ilə əlaqədar tutulmuşdur.

Axtarışda olan Əli Nuriyev tutulmuşdur

20.09.2012

Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Svetlana Samalyotovaya qarşı dələduzluq etmiş Rusiya Federasiyası CM-nin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Əli Nuriyev tutulmuşdur.

Kabel oğurlamaqda şübhəli bilinən Qobustan qəsəbə sakinləri Azər Mövlamov və onun qardaşı Nemət tutulmuşlar

20.09.2012

Sentyabrın 20-nə keçən gecə Qaradağ rayonu ərazisində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus 1200 metr uzunluğunda mis naqil dirəklərdən kəsilərək oğurlanmışdır. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qobustan qəsəbə sakinləri Azər Mövlamov və onun qardaşı Nemət tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari il avqustun 12 və 28-də Dövlət Neft Şirkətinin "Neftqaz" Tikinti Trestinə məxsus 1200 metr və 105 №-li yarımstansiyadan, qaz saxlama anbarına çəkilmiş 1430 metr uzunluğunda elektrik kabelini kəsərək oğurlamaları da müəyyən edilmişdir.

Mağazadan 800 manat pul oğurlamış Bakı şəhər sakini Əmirxan Quliyev tutulmuşdur

20.09.2012

Nizami (Bakı) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Bakı şəhər sakini Bəhruz Mustafayevə məxsus mağazadan 800 manat pul oğurlamış həmyerlisi Əmirxan Quliyev tutulmuşdur.

Oğurluq etmiş Kürdəmir rayon sakinləri Maşallah İbrahimov, Aqil Baxşəliyev və Röyal Əhmədov tutulmuşlar

20.09.2012

Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də Qalib Məmmədovun evindən 3 ədəd xalça və məişət əşyaları oğurlamış rayon sakinləri Maşallah İbrahimov, Aqil Baxşəliyev və Röyal Əhmədov tutulmuşlar.

16 ədəd ev quşunu oğurlamış Ceyranbatan qəsəbə sakini Rəhim Şiriyev tutulmuşdur

20.09.2012

Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Yaylaq Mahmudovaya məxsus 16 ədəd ev quşunu oğurlamış Ceyranbatan qəsəbə sakini Rəhim Şiriyev tutulmuşdur.

Yol-nəqliyyat hadisəsi törətmiş Sumqayıt şəhər sakini Vüsal Allahverdiyev tutulmuşdur

20.09.2012

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Şəfa Rzayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "Şkoda Fabia" markalı avtomaşının sürücüsü Sumqayıt şəhər sakini Vüsal Allahverdiyev tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.

Oğurluq etmiş H.Z.Tağıyev qəsəbə sakini Bəxtiyar Baxşıyev və Xızı rayon sakini Elməddin Aftilov tutulmuşlar

20.09.2012

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-nə keçən gecə H.Z.Tağıyev qəsəbəsi ərazisində, qəsəbə sakinləri Qorxmaz Hacıyevə, Sabir Xanməmmədova və Məhbubə Əhmədovaya məxsus mağazalardan 150 manat pul, ərzaq məhsulları, danışıq kartları, spirtli içkilər və tütün məmulatı oğurlamış həmyerliləri əvvəllər məhkum olunmuşlar Bəxtiyar Baxşıyev və Xızı rayon sakini Elməddin Aftilov tutulmuşlar. E.Aftilovun üzərinə baxış zamanı 0,290 qram heroin aşkar edilərək götürülmüşdür.

Masallı rayon sakinləri Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara və narkotik vasitə aşkar edilərək götürülmüşdür

20.09.2012

Masallı RPŞ və rayon prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən "Masallı Folklor-2012 Beynəlxalq Festivalı" zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə saxlanılmış Araz Quliyevin, Xalid Kazımovun və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşüralar aşkar edilərək götürülmüşdür.

Abşeron rayon sakinləri Ümid Mirzəyev və Nadir Qənbərov dərmandan zəhərlənmişlər

20.09.2012

Sentyabrın 20-də Abşeron rayon sakinləri 2 yaşlı Ümid Mirzəyev və Nadir Qənbərov öz evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qəbələ rayon sakini Paşa Mustafayev ölmüşdür

20.09.2012

Sentyabrın 19-da saat 10.00 radələrində Qəbələ rayonunun Uludaş kəndi ərazisində, kənd sakini Ramazan Şərifov "VAZ-21033" markalı avtomaşını idarə edərkən yolu keçən rayon sakini Paşa Mustafayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 20-də orada ölmüşdür.

Polisə telefonla bomba qoyulması ilə bağlı yalan məlumat vermiş şəxs saxlanılmışdır

20.09.2012

Sentyabrın 20-də Lənkəran rayonu ərazisində, naməlum şəxs polisə zəng edərək, "Lənkəran rayon Mərkəzi Xəstəxanası ilə üzbəüz binaya bomba qoyulub, indi partlayacaq" deyərək əlaqəni kəsmişdir. Araşdırmalar zamanı zəng vuran şəxs Zamin Əzizov olması müəyyən edilmişdir. O, Lənkəran ŞRPŞ-yə gətirilmiş və onun sərxoş halda olması müəyyən edilmişdir.

Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

20.09.2012

Sentyabrın 20-də saat 01.00 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində, Maştağa qəsəbə sakini Əli Cəbiyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarında saxlanılmış ekskavatora vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

O.M.