
YENİLƏNİB: Arvadını qətlə yetirmiş, onun yanındakı şəxsi yaralamış İmişli sakini polisə təslim oldu
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 21-də İmişli şəhərindəki yeni tikilmiş evlərdən birində, orada yaşayan Elnur Əliyev qısqanclıq zəminində bıçaqla əvvəlcə arvadı Vəfaya, sonradan isə onunla birgə tutduğu şəhər sakini Cavad Rəfiyevə xəsarət yetirmişdir. Vəfa aldığı xəsarətdən hadisə yerində ölmüş, Cavad isə xəstəxanada tibbi yardım göstərildikdən sonra İmişli RPŞ-yə gətirilmişdir. E.Əliyev könüllü olaraq RPŞ-yə gəlmişdir.
O.M.
Digər xəbərlər