
Qusar və Xaçmazda 2 altı otaqlı ev yandı
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qusar rayonu Gədəzeyrux kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m.olan ikimərtəbəli 6 otaq və 1 aynabənddən ibarət evin dam örtüyünün və aynabəndinin yanar konstruksiyaları 48 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Xaçmaz rayonu, Niyazoba kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları və 2-ci mərtəbədə ümumi sahəsi 28 kv.m olan aynabəndin yanar konstruksiyaları (ümumi 132 kv.m ) yanmışdır. Yanğın zamanı 1 nəfər ev sakini yanıq xəsarətləri almışdır. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən qeyd olunan şəxsə müvafiq tibbi yardım göstərilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
O.M.