Rusiyada axtarışda olan azərbaycanlı Bakıda cinayət törədərkən yaxalandı

Rusiyada axtarışda olan azərbaycanlı Bakıda cinayət törədərkən yaxalandı

21 Sentyabr 2012 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 15-i saat 18:30 radələrində metronun "Nizami" stansiyasının çıxışında naməlum şəxs Svetlana Viktorovanın etibarından sui-istifadə edərək Beynəlxalq Banka məxsus bankomatdan onun hesabında olan 150 manatı çıxarıb.

Metropolitendə Polis Şöbəsi Cinayət-Axtarış Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan Əli Nuriyev sentyabrın 20-də tutulub.

O.M.