
Azərbaycanda 19 sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.
Bakı şəhər sakini Zaur Verdiyev münaqişə zəminində Şahlar Orucova bıçaqla xəsarət yetirmişdir
19.09.2012
Sentyabrın 19-da Nərimanov rayonu ərazisindəki bazarda, Bakı şəhər sakini Zaur Verdiyev münaqişə zəminində Şahlar Orucova bıçaqla xəsarət yetirmişdir. Z.Verdiyev Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.
Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2012
Sentyabrın 19-da saat 20.45 radələrində Cəlilabad rayonu ərazisində, Astara rayon sakini Elyar Məmmədovun idarə etdiyi "Mercedes", Bakı şəhər sakini Vaqif Bəşirovun idarə etdiyi "Daewoo-Nexiya" və Masallı rayon sakini Ramal Əsgərovun idarə etdiyi "VAZ-2104" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə V.Bəşirovun sərnişinləri İmran Mehdiyev, Məmməd Məmmədov, habelə E.Məmmədovun sərnişinlərindən Hüseyn Fərzullayev hadisə yerində ölmüş, xəsarət almış hər 3 sürücü və E.Məmmədovun digər sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Ağcabədi rayonunun Şərəfxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2012
Sentyabrın 19-da saat 21.00 radələrində Ağcabədi rayonunun Şərəfxanlı kəndi ərazisində, rayon sakinləri Vüqar Cəfərovun idarə etdiyi "VAZ-21061", Nəsib Əsgərovun idarə etdiyi "Niva-Shevrolet" və Ağdam rayon sakini Nizami Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış N.Əsgərov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Şamaxı rayonunun M.Ə.Sabir qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2012
Sentyabrın 19-da saat 22.30 radələrində Şamaxı rayonunun M.Ə.Sabir qəsəbəsi ərazisində, Bakı şəhər sakini İlqar Dəmirovun idarə etdiyi "Mercedes" və İsmayıllı rayon sakini Xəlil İbadovun idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Dəmirov hadisə yerində ölmüşdür.
5 baş inəyi oğurlamış Göygöl rayon sakinləri Elnur Tağıyev və onun arvadı Nəsibə tutulmuşlar
19.09.2012
Gədəbəy RPŞ və Daşkəsən RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Gilas Əsgərova məxsus 5 baş inəyi oğurlamış Göygöl rayon sakinləri Elnur Tağıyev və onun arvadı Nəsibə tutulmuşlar.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2012
Sentyabrın 19-da saat 15.50 radələrində Sumqayıt şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Şəfa Rzayeva vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2012
Sentyabrın 19-da saat 20.00 radələrində Nəsimi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Vüsalə Həsənova vurulmuşdur. Nəticədə xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Naxçıvan şəhər sakini Uğur Babayev və Bakı şəhər sakini Şəhruz Xəlilov tutulmuşlar
19.09.2012
Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Cavid Fətəliyevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Naxçıvan şəhər sakini Uğur Babayev və Bakı şəhər sakini Şəhruz Xəlilov tutulmuşlar.
Oğurluq etmiş Bakı şəhər sakinləri Vahid Cəfərzadə, Nazir Mirzəyev və Abdulla Yolbarov tutulmuşlar
19.09.2012
Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-nə keçən gecə Nizami küçəsində, Bakı şəhər sakini Koroğlu Hacıyevə məxsus ticarət köşkündən qapını sındırmaq yolu ilə 500 manat pul və məişət əşyaları oğurlanmış Bakı şəhər sakinləri Vahid Cəfərzadə, Nazir Mirzəyev və əvvəllər məhkum olunmuş Abdulla Yolbarov tutulmuşlar.
Oğurluq etmiş Bakı şəhər sakini Azər Xalidov tutulmuşdur
19.09.2012
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də Səma Ağayevanın evindən 5 manat pul və 1 ədəd mobil telefon oğurlamış Bakı şəhər sakini Azər Xalidov tutulmuşdur.
5 baş inəyi oğurlamağa cəhd göstərmiş Mingəçevir şəhər sakinləri Səbuhi Əlişov və Yevlax rayon sakini Göyüş Musayev tutulmuşlar
19.09.2012
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Mingəçevir şəhəri kənarındakı otlaq sahəsindən, şəhər sakini Şahin Məhərrəmova məxsus 5 baş inəyi oğurlamağa cəhd göstərmiş həmyerlisi Səbuhi Əlişov və Yevlax rayon sakini Göyüş Musayev tutulmuşlar.
Yabanı halda bitmiş ümumi çəkisi 4,965 ton olan çətənə kolu yığılaraq məhv edilmişdir
19.09.2012
Ağstafa RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş ümumi çəkisi 4 ton 965 kiloqram olan 12 min 420 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2012
Sentyabrın 19-da saat 18.20 radələrində Qaradağ rayonu ərazisində, Ələt qəsəbə sakini Elçin Abbasov "Mercedes" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Türkiyə vətəndaşı Alkurt Yılmazın idarə etdiyi "Schmitz-Cargobull" markalı avtomaşına vurmuşdur. Nəticədə E.Abbasovun xəsarət almış sərnişinləri İlyas Abbasov və Maşallah Mehdiyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.09.2012
Sentyabrın 19-da saat 00.20 radələrində Yasamal rayonu ərazisində, Şirvan şəhər sakini Cəmil Mürsəliyevin idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Abbas Abbasovun idarə etdiyi "Toyota" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Mürsəliyev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
O.M.