YENİLƏNİB: Nardaranda ölümlə nəticələnən yol qəzasının təfərrüatları açıqlandı

YENİLƏNİB: Nardaranda ölümlə nəticələnən yol qəzasının təfərrüatları açıqlandı

20 Sentyabr 2012 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 20-də saat 01:00 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində, Maştağa qəsəbə sakini Əli Cəbiyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarında saxlanılmış ekskavatora vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür. Faktla bağlı araşdırma aparılır.

O.M.