Bakıda avtomobil traktora çırpıldı, sürücü vəfat etdi

Bakıda avtomobil traktora çırpıldı, sürücü vəfat etdi

20 Sentyabr 2012 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Belarus" markalı traktora çırpılmışdır. Nəticədə, "VAZ" markalı avtomobil deformasiyaya uğramış, avtomobilin sürücüsü vəfat etmiş və avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxsin cəsədini avtomobildən çıxarmış, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

O.M.