
42 yaşlı Şabran sakini özünü bıçaqladı
Sentyabr ayının 19-da Şabran rayonunda 42 yaşlı kişi özünə bıçaqla xəsarətlər yetirib. Apa-nın verdiyi məlumata görə, Şabran rayon sakini, 42 yaşlı Səməndər Məmməd oğlu Rəcəbov özünə iki bıçaq zərbəsi vurub. O, dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunub. S.Rəcəbovun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər