Bakıda 11 saylı həbsxanada 51 yaşlı dustaq öldü

Bakıda 11 saylı həbsxanada 51 yaşlı dustaq öldü

20 Sentyabr 2012 09:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilən məlumata görə, ötən gün Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi qeydə alınıb. Həmin müəssisədə cəza çəkən, 1961-ci il təvəllüdlü Kərimov Rövşən Camal oğlu qəfildən dünyasını dəyişib. İlkin ehtimallara görə, məhkumun ölümünə ürək çatışmazlığı səbəb olub.
Xatırladaq ki, R.Kərimov 2011-ci ildə zorlama və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

O.M.