Cəlilabadda ölümlə nəticələnən zəncirvarı avtomobil qəzası baş verdi

Cəlilabadda ölümlə nəticələnən zəncirvarı avtomobil qəzası baş verdi

20 Sentyabr 2012 08:36
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Apa-nın məlumatına görə, hadisə sentyabrın 19-da saat 22:00 radələrində Ələt-Astara magistralının 138-ci kilometrliyində - rayonun broyler-quşçuluq fabrikinin yaxınlığında qeydə alınıb.

Qəza sürücülərin şəxsiyyətləri hələlik məlum olmayan "Mercedes", "VAZ-21012" və "VAZ-2104" markalı avtomobillərin zəncirvarı toqquşması nəticəsində baş verib. Avtomobillərə olan 2 nəfər hadisə yerində ölüb. Daha bir nəfər xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Müalicə Diaqnostika Mərkəzinə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına və Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

O.M.