Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi

Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirildi

19 Sentyabr 2012 18:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Nərimanov rayon məhkəmə icraçıları şöbəsinin əməkdaşı Zaur Həmzəyev, Qalib Hüseynov və şöbəsinin rəis müavini Yavər Allahverdiyev ifadə veriblər. Onlar Ə.Zeynallının qəzetdə yazdığı yazılarla bağlı müğənni Nüşabə Ələsgərli, həmçinin Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov barəsində təkzib vermədiyi üçün cərimələndiyini, "Xural" qəzetinin redaksiyasında əmlaka həbs qoyulduğunu bildiriblər. Daha sonra şahidlər dövlət ittihamçısının suallarını cavablandırıblar. Proses sentyabrın 20-də davam etdiriləcək.

Xatırladaq ki, Ə.Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

O.M.