Məşhur yazıçı Fərman Kərimzadənin oğlu dələduzluqda ittiham olunur

Məşhur yazıçı Fərman Kərimzadənin oğlu dələduzluqda ittiham olunur

19 Sentyabr 2012 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadə və onun tanışı Azər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Dövlət ittihamçısı ittiham aktını elan edib. Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, avqustun 13-də Bakı şəhər, Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə dələduzluq faktı ilə əlaqədar şikayət daxil olub. Bakı şəhər sakini Muradov Elçin Dadaş oğlu bölməyə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. E.Muradov bildirib ki, Ə.Kərimzadə onun İstiqlaliyyət küçəsindəki mülkdə pay sahibi olmasını təsdiqlətdirəcək.
Xatırladaq ki, Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkilidir. O, Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

O.M.