Türkiyədən Azərbaycana gizli yolla qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alındı
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Canpolad İsmayılovun çantasına keçirilən baxış zamanı şəxsi əşyaların arasında sellofan torbaya yerləşdirilmiş plastik qabın içərisindən bəzilərinin üzərində qaşlar olan qızıl-zinət əşyaları - 82 ədəd boyunbağı, 79 ədəd qolbaq, 95 cüt sırğa, 72 ədəd üzük, 9 ədəd kulon, 6 ədəd üzük və sırğa cütü dəsti aşkar olunub. Bundan başqa, şəxsi yoxlama nəticəsində C.İsmayılovun şalvarının cibindən, üzəri qaşlarla bəzədilmiş 1 ədəd üzük, 1 ədəd qolbaq və sırğa cütü aşkarlanıb.
İlkin araşdırma zamanı C.İsmayılov sözügedən qızıl-zinət əşyalarını Türkiyənin İstanbul şəhərindən satış məqsədilə aldığını bildirib. O, həmin malları gömrük orqanına bəyan etməməsinin səbəbini müvafiq qanunvericiliyi yaxşı bilməməsi ilə izah edib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, həmin zərgərlik məmulatlarının əyarı 585, ümumi çəkisi isə 1772,37 qram müəyyən edilib.
O.M.









.jpg)



.jpg)











































.jpg)
















.jpg)









.jpg)









