Azərbaycanda 18 sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.
Qohumu Habil İmanova bıçaqla xəsarət yetirmiş Daşkəsən rayon sakini Əfqan Mustafazadə tutulmuşdur
18.09.2012
Sentyabrın 18-də Göygöl rayonu ərazisində, Daşkəsən rayon sakini Əfqan Mustafazadə münaqişə zəminində qohumu Habil İmanova bıçaqla xəsarət yetirmişdir. Ə. Mustafazadə Göygöl RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.
Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi
18.09.2012
Sentyabrın 18-də saat 03.30 radələrində Cəlilabad rayonu ərazisində, rayon sakini Adil Hüseynov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Bakı şəhər sakini Zarema Dulayeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə tutulmuşdur
18.09.2012
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Zarema Dulayeva gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə tutulmuşdur.
Bakı şəhər sakinləri Asim Balakişiyev, Elşən Mustafayev və onun qardaşı Rövşən tutulmuşlar
18.09.2012
Suraxanı RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Faiq Rzayevə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakinləri Asim Balakişiyev, Elşən Mustafayev və onun qardaşı Rövşən tutulmuşlar.
Oğurluq etmiş Xaçmaz rayon Gödəkli kənd sakini Rafiq Ələkbərov tutulmuşdur
18.09.2012
Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Koroğlu Qocayevə məxsus 200 kiloqram fındığı oğurlamış Gödəkli kənd sakini Rafiq Ələkbərov tutulmuşdur.
Yıxılaraq xəsarət almış Bakı şəhər sakini Alxan Ömərov ölmüşdür
18.09.2012
Cari ilin avqust ayının 22-də Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Alxan Ömərov, yeni tikilmiş evlərdən birində yaşayan, tanışı Taleh Hüseynovun evinin damından yıxılmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ömərov sentyabrın 18-də orada ölmüşdür.
Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Masallı rayon sakini Əlövsət Niftiyev ölmüşdür
18.09.2012
Sentyabrın 10-da saat 11.30 radələrində Masallı şəhəri ərazisində, şəhər sakini Namiq İsmayılov "VAZ-2107" markalı avtomaşını idarə edərkən yolu keçən rayon sakini Əlövsət Niftiyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada sentyabr ayının 18-də orada ölmüşdür.
Siyəzəndə minik avtomobili qarşı yola çıxaraq aşmışdır
18.09.2012
Axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 108-ci km-də, Siyəzən rayonu ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. Bakı şəhəri istiqamətində hərəkətdə olan "10 UV 039" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət almışdır. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilmişlər. Faktla bağlı araşdırma aparılır.
Zaqatala dövlət təbiət qoruğunda çətənə kolları aşkar edilmişdir
18.09.2012
Zaqatala dövlət təbiət qoruğunun Balakən rayonunun Gərəkili kəndindən keçən hissəsində, Qubek dağının ərazisində 0,5 hektar torpaq sahəsində hələlik istintaqa naməlum şəxs tərəfindən xüsusi kultivasiya yolu ilə əkilmiş, hündürlüyü 60 sm-dən 2,5 metrə qədər olan, 116 ədəd narkotik bitki hesab edilən çətənə kolu aşkar edilmişdir. Balakən RPİ-nin əməkdaşları tərəfindən narkotik tərkibli bitki istintaqa təhvil olunmaq üçün ərazidən yığılaraq götürülmüşdür. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
İsmayıllı rayon Namazgah kənd sakini Röyal Mirzəzadə elektrik cərəyanı vurmasından ölmüşdür
18.09.2012
Sentyabrın 18-də İsmayıllı rayonunun Namazgah kənd sakini Röyal Mirzəzadə həyətində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Abşeron rayonunun Məhəmmədi kənd sakini Amal Əliyev dərmandan zəhərlənmişdir
18.09.2012
Sentyabrın 18-də Abşeron rayonunun Məhəmmədi kənd sakini Amal Əliyev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və ona tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Gəncə şəhərində yaşayan Maya Babayeva evindən dərmandan zəhərlənmişdir
18.09.2012
Sentyabrın 17-də Gəncə şəhərində yaşayan Maya Babayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
O.M.









.jpg)


.jpg)











































.jpg)
















.jpg)









.jpg)










