Azərbaycanda 17 sentyabrın kriminal xronikası

Azərbaycanda 17 sentyabrın kriminal xronikası

18 Sentyabr 2012 13:04
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 43 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 19-u "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.

Şamaxı şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
17.09.2012
Sentyabrın 17-də gecə Şamaxı şəhərinin İ. Əfəndiyev küçəsində şəhər sakini, 1989-cu il təvəllüdlü Həsənov Vüqar Vəzir oğlu idarə etdiyi "PAZ" markalı sərnişin avtobusu ilə yolu keçən piyadanı - Şamaxı sakini, 1936-cı il təvəllüdlü Qəniyeva Kamilə Kərim qızını vurmuşdur. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 76 yaşlı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişmişdir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qısqanclıq zəminində arvadını bıçaqlayaraq ağır yaralamış şəxs tutulmuşdur

17.09.2012

Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Naximov küçəsi, 74 ünvanında arvadına qısqanclıq zəminində xəsarət yetirən Elçin İbrahimov tutulmuşdur. O, 1983-cü il təvəllüdlü Sevinc Əliyevanı bıçaqlamaqda təqsirli bilinir.

3 nəfərə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Emil Həziyev tutulmuşdur

17.09.2012

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 11-də Teymur Babayevə, Eldar Babayevə və Mahir Bəşirova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Emil Həziyev tutulmuşdur.

Avtomaşından maqnitofon oğurlamış Aran qəsəbə sakini Vasif Orucov tutulmuşdur

17.09.2012

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də Anar Əliyevə məxsus "VAZ-21015" markalı avtomaşından maqnitofonunu oğurlamış Aran qəsəbə sakini Vasif Orucov tutulmuşdur.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.09.2012

Sentyabrın 17-də saat 19.40 radələrində Səbail rayonu ərazisində, Bakı şəhər sakini Orxan Həsənov "Honda" markalı motosikleti idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölmüşdür.

Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

17.09.2012

Sentyabrın 17-də saat 16.40 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində, Bakı şəhər sakini Məhərrəm Namazov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Rüstəm Alcanovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Şamaxı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.09.2012

Sentyabrın 17-də saat 20.40 radələrində Şamaxı rayonu ərazisində, şəhər sakini Vüqar Həsənov "PAZ" markalı avtomaşını idarə edərkən yolun kənarında oturmuş həmyerlisi Kamilə Qəniyevanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Şabran rayonunun Pirəbədil kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.09.2012

Sentyabrın 17-də saat 18.00 radələrində Şabran rayonunun Pirəbədil kəndi ərazisində, rayon sakini Vasif Niftəliyev "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən kənd sakini Nüsrət Hüseynovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.09.2012

Sentyabrın 17-də saat 22.00 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Mehman Sərxanov vurulmuşdur. Nəticədə, xəsarət almış piyada xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

17.09.2012

Sentyabrın 17-də saat 13.00 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Nəzakət Rəhimova vurulmuşdur. Piyada xəstəxanaya müraciət etməmişdir.

Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.09.2012

Sentyabrın 17-də saat 00.10 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində, Naftalan şəhər sakini Elnur Qəhrəmanov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı hasara vurmuşdur. Nəticədə sərnişinlərindən - oğlu 4 yaşlı Valeh hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri arvadı Gülmirə, oğlanları Aqşin və Şaiq xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

O.M.