
Bakıda hərbi maşın yol qəzasına düşdü
Paytaxtın Şəfahət Mehdiyev küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Müdafiə Nazirliyinin Bakıda yerləşən "N" saylı hərbi hissəsinə məxsus "UAZ" markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən Elçin Qəmbərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
Qəzaya "Mercedes"in işıqforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirməsi səbəb olub. Nəticədə hərbi maşında olan bir neçə hərbi qulluqçu xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
O.M.
Digər xəbərlər