
Salyanda ölümlə nəticələnən yol qəzası baş verdi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Salyan rayonunda (Ələt-Astara avtomobil yolunun 66-cı km-də) "VAZ" markalı minik avtomobili və "QAZEL" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, "VAZ" markalı minik avtomobilinin sürücüsü - 1985-ci il təvəllüdlü Əsədov Hətəm Bədirxan oğlu hadisə yerində vəfat etmişdir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış H.Əsədovun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, müxtəlif bədən xəsarətləri almış "QAZEL" markalı yük avtomobilinin sürücüsü və "VAZ" markalı minik avtomobilində olan 3 nəfər sərnişin Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır.
O.M.