
Sumqayıtda yanan çənlər 3 nəfərin həyatına son qoydu
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində ümumi sahəsi 2400 kv.m olan "Məişət Malları" ASC-nin çənlər parkının ərazisində yanacaq və xammal saxlanılan çənlər yanmışdır. Yanğına 3-cü təhlükəlilik dərəcəsi verildiyindən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 ədəd texnikası həmçinin, 2 ədəd yanğınsöndürən helikopter cəlb olunmuşdur. İlkin məlumata əsasən, yanğın nəticəsində 3 nəfər ölmüşdür. Ehtimala görə, yanğın qaynaq işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş vermişdir. Yanğın saat 03:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hazırda Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırma aparılır. Araşdırmaların nəticələri yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq.
O.M.