
VİDEO: Bakıda gənc qadın evinin qarşısında bıçaqlandı
Mərhumun 1 uşaqlı tənha qadın olduğu bildirilir
Bu gün saat 14-00 radələrində Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsi 54 ünvanında qətl hadisəsi qeydə alınıb. Oxumeni.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, qətli iki nəfər törədərək hadisə yerindən uzaqlaşıb.
Belə ki, adı məlum olmayan 25-30 yaşlarında qadın yaşadığı ünvana çatarkən bıçaqlanaraq öldürülüb. Cinayətin motivi məlum deyil. Mərhumun 1 uşaqlı tənha qadın olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Mehriban Bəylərqızı
O.M.
Digər xəbərlər