
Azərbaycanda 15-16 sentyabrın kriminal xronikası
15.09.2012-ci il – şənbə günü ərzində 41 cinayət faktı qeydə alınmışdır
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.
Gülşad Bağırova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Babək rayon sakini Vaqif Cabbarov tutulmuşdur
15.09.2012
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Gülşad Bağırova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Babək rayon sakini Vaqif Cabbarov tutulmuşdur.
Rusiya Federasiyasının vətəndaşı Zaur Mamedova bıçaqla xəsarət yetirmiş Rəşad Əhmədxanov tutulmuşdur
15.09.2012
Sentyabrın 14-də Qusar rayonunun Urva kəndi ərazisində, kənd sakini Rəşad Əhmədxanov münaqişə zəminində Rusiya Federasiyasının vətəndaşı Zaur Mamedova bıçaqla xəsarət yetirmişdir. R.Əhmədxanov qusar RPŞ əməkdaşları tərəfindən tutulmuş, Z.Mamedova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Rəsmiyyə Osmanova ölmüşdür
15.09.2012
Sentyabrın 14-də saat 21.30 radələrində Xəzər rayonu ərazisində, Bakı şəhər sakini Sahib Teymurov "QAZ-2410" markalı avtomaşını idarə edərkən şəhər sakini Rəsmiyyə Osmanovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada sentyabr ayının 15-də orada ölmüşdür.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
15.09.2012
Sentyabrın 15-də saat 21.00 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində, Bakı şəhər sakini Nadir Ağalarovun idarə etdiyi "Mercedes" və Astara rayon sakini Şahin Teymurovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ş.Teymurov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri qardaşı Şahid, Aqil Talıbov və Cəfərqulu Mirzəyev isə xəstəxanaya yerləşdirilmişlər. A.Talıbov orada ölmüş, digərinin vəziyyətləri orta-ağırdır.
Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.09.2012
Sentyabrın 15-də saat 14.00 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində, rayon sakini Faiq İsgəndərovun idarə etdiyi "Hyundai-Sonata" və Bakı şəhər sakini Nuru Quliyevin idarə etdiyi "Toyota Prado" markalı avtomaşınlar toqquşmuş, sonradan "Toyota Prado" markalı avtomaşın yolun kənarında saxlanılmış həmyerlisi Fazil Bayramova məxsus "Mercedes" markalı avtomaşına çırpılmışdır. Nəticədə xəsarət almış N.Quliyevin sərnişini Fikrət Nəcəfov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Balakən rayonunun Yeni Şərif kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.09.2012
Sentyabrın 15-də saat 19.00 radələrində Balakən rayonunun Yeni Şərif kəndi ərazisində, rayon sakini Mahir Hüseynov "Mercedes-Benz-220" markalı avtomaşını idarə edərkən yolun kənarında dayanmış həmyerlisi Həsən Yekəyevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Abşeron rayon sakinləri Simuzər Ələsgərova, Günay Qəhrəmanova və Gəncə şəhər sakini Dürdanə Hüseynli dərmandan zəhərlənmişlər
15.09.2012
Sentyabrın 15-də Abşeron rayon sakinləri Simuzər Ələsgərova, Günay Qəhrəmanova və Gəncə şəhər sakini Dürdanə Hüseynli evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Ucar rayonunun Qəzyan kəndi ərazisində qəza hadisəsi
15.09.2012
Sentyabrın 15-də saat 10.30 radələrində Ucar rayonunun Qəzyan kəndi ərazisində, Vaqif Mehdiyevin idarə etdiyi "VAZ-2121" markalı avtomaşınla, kənd sakini Mahmud Mahmudovun idarə etdiyi "T-28" markalı traktor toqquşmuşdur. Nəticədə xəsarət almış V.Mehdiyev və sərnişini Əbil Mehdiyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.
Nərimanov rayonu ərazisində 30-35 yaşlı kişi meyiti tapılmışdır
15.09.2012
Sentyabrın 15-də Nərimanov rayonu ərazisində, üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılmışdır.
Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini Feyzulla Məmmədovu elektrik cərəyanı vurmuşdur
15.09.2012
Sentyabrın 15-də Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini Feyzulla Məmmədov həyətində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Masallı rayonunun Ərkivan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.09.2012
Sentyabrın 15-də saat 02.30 radələrində Masallı rayonunun Ərkivan kəndi ərazisində, rayon sakini Əfqan Nəstiyev "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
16.09.2012-ci il – bazar günü ərzində 37 cinayət faktı qeydə alınmışdır
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayət faktı qeydə alınmış, onların da 14-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 14 nəfər tutulmuşdur.
H.Z.Tağıyev qəsəbə sakini Xalid Piriyevə bıçaqla xəsarət yetirmiş Nazim Məmmədov tutulmuşdur
16.09.2012
Sentyabrın 16-da Sumqayıt şəhəri ərazisində, şəhər sakini Nazim Məmmədov münaqişə zəminində H.Z.Tağıyev qəsəbə sakini Xalid Piriyevə bıçaqla xəsarət yetirmişdir. N.Məmmədov Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulmuşdur.
Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.09.2012
Sentyabrın 16-da saat 21.00 radələrində Qaradağ rayonu ərazisində, Biləsuvar rayon sakini İlham Dadaşov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.09.2012
Sentyabrın 16-da saat 23.50 radələrində Xətai rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Sabirabad rayon sakini Təhməz Novruzov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.09.2012
Sentyabrın 16-da saat 13.00 radələrində Salyan rayonu ərazisində, Yevlax rayon sakini Hətəm Əsədovun idarə etdiyi "VAZ-21011" və Lənkəran rayon sakini Rəfayel Məmmədovun idarə etdiyi "QAZ-3302" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə H.Əsədov və sərnişinlərindən - oğlu 4 yaşlı Ceyhun hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri - arvadı Rəsmiyyə, qızı Esmira və Həsrət isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.09.2012
Sentyabrın 16-da saat 05.30 radələrində Suraxanı rayonu ərazisində, Bakı şəhər sakini Rövşən Nəcəfov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Tərtər rayon sakini Fariz Vəliyevin idarə etdiyi "Shacman" markalı avtomaşına vurmuşdur. Nəticədə R.Nəcəfov hadisə yerində ölmüşdür.
Oğurluğa cəhd göstərmiş Qax rayon sakini Seymur Hüseynov tutulmuşdur
16.09.2012
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində, Bakı şəhər sakini Sadıq Hüseynova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Qax rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Hüseynov tutulmuşdur.
Bakı şəhər sakinləri Fərhad Bayramov və Maksim Çemariq tutulmuşlar
16.09.2012
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da Bakı şəhər sakini Mixail Yevseyevə zor tətbiq edərək, ondan gümüş boyunbağısını, 50 manat pulunu və mobil telefonunu almış, həmyerlisi Fərhad Bayramov və Maksim Çemariq tutulmuşlar.
Samux rayon sakini Elbrus İbrahimov yıxılaraq aldığı xəsarətdən ölmüşdür
16.09.2012
Sentyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini Elbrus İbrahimov həyətində yıxılmış və baş nahiyəsindən aldığı xəsarətdən ölmüşdür.
O.M.