
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verdi
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 17-də saat 00.10 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Naftalan şəhər sakini Elnur Qəhrəmanov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı hasara vurub. Nəticədə sərnişinlərindən - oğlu 4 yaşlı Valeh hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişinləri - arvadı Gülmirə, oğlanları Aqşin və Şaiq xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
O.M.
Digər xəbərlər