
Bakıda ölümlə nəticələnən yol qəzası baş verdi
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 15-də saat 21:00 radələrində Bakı - Mərdəkan yolunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər sakini Nadir Ağalarov idarə etdiyi "Mercedes" markalı qoşqulu yük avtomobili Astara rayon sakini Şahin Teymurovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə, Ş.Teymurov hadisə yerində, sərnişini Aqil Talıbov isə xəstəxanada ölüb. Digər sərnişinlər - Ş.Teymurovun əkiz qardaşı Şahin və Cəfərqulu Mirzəyevlər xəstəxanaya yerləşdiriliblər.
O.M.
Digər xəbərlər