
Bakıda 6-cı sinif şagirdi özünü asdı
Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gecə rayonun Mərdəkan qəsəbəsi, Qaranquş Sanatoriyası 1-ci korpus, ev 12 ünvanında intihar hadisəsi qeydə alınıb. Həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Bayram Azər oğlu Nəcəfli yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun 183 saylı orta məktəbin 6-cı sinfində oxuduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər