Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

17 Sentyabr 2012 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, dünən Binə Ticarət Mərkəzindən xəstəxanaya zəhərlənmə diaqnozu ilə müraciət edənlərin sayı 129 nəfər olub. Onların hamısına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Xatırladaq ki, sentyabrın 16-da Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.

O.M.