
Azərbaycanda 13 Sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.
Qardaşının arvadı Lətifə Sahibovanı döyərək qətlə yetirmiş Gədəbəy rayon sakini Ramiz İmanıyev könüllü olaraq polis şöbəsinə gəlmişdir
13.09.2012
Sentyabrın 13-nə keçən gecə Gədəbəy rayonunun Qumlu kənd sakini Ramiz İmanıyev evində qardaşının arvadı Lətifə Sahibovanı döyərək qətlə yetirmişdir. R.İmanıyev könüllü olaraq Goranboy RPŞ-nə gəlmişdir.
Bakı şəhər sakini Əhməd Həsənova odlu silahdan ayaq nahiyəsinə atəş açmış şəxs müəyyən edilmişdir
13.09.2012
Sentyabrın 13-də saat 04.45 radələrində Nəsimi rayonu ərazisindəki "ZERO" klubundan Bakı şəhər sakini Əhməd Həsənov ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilmişdir. Nəsimi RPİ 19-cu PB əməkdaşları tərəfindən hadisənin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Kənan İbrahimov tərəfindən törədilməsi müəyyən edilmişdir. Hadisə yerindən 1 ədəd "Makarov" tipli tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülmüşdür.
İtkin düşmüş Şirvan şəhər sakini Ağasəf Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır
13.09.2012
Sentyabrın 13-də Salyan rayonu ərazisində, Kür çayının Təzəkənd kəndi ərazisindən keçən hissəsində, itkin düşmüş Şirvan şəhər sakini Ağasəf Abbasovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.
Abşeron rayonunun Məhəmmədli qəsəbə sakini Hafiz Rüstəmlinin evində yanğın baş vermişdir
13.09.2012
Sentyabrın 13-də saat 02.30 radələrində Abşeron rayonunun Məhəmmədli qəsəbə sakini Hafiz Rüstəmlinin evində yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, H.Rüstəmli isə yüngül yanıq xəsarəti almışdır.
Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.09.2012
Sentyabrın 13-də saat 16.00 radələrində Bərdə rayonu ərazisində, Elgün Şərifovun idarə etdiyi "VAZ-2107" və Zahid Mustafayevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Mustafayevin sərnişini hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.09.2012
Sentyabrın 13-də saat 09.25 radələrində Xızı rayonu ərazisində, Babək rayon sakini Hüseyn Zamanov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişinlərindən İlahə Hüseynova hadisə yerində ölmüş, digər sərnişini Namiq Qədirov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
İsmayıllı rayonunun Muğanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.09.2012
Sentyabrın 13-də saat 03.00 radələrində İsmayıllı rayonunun Muğanlı kəndi ərazisində, rayon sakini Elvin Cabbarov "VAZ-21093" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı daşdan hörülmüş hasara vurmuşdur. Nəticədə sərnişinlərindən Amil Həsənov hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişin Emin Baxışov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Xızı rayonunun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.09.2012
Sentyabrın 13-də saat 21.15 radələrində Xızı rayonunun Təzəkənd kəndi ərazisində, rayon sakini Əli Məmmədov "Mitsubishi" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.09.2012
Sentyabrın 13-də saat 19.40 radələrində Xəzər rayonu ərazisində, Bakı şəhər sakinləri Akif Əzizov "Toyota" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Zahid Əkbərovun idarə etdiyi "ZİL" markalı avtomaşına vurmuşdur. Nəticədə A.Əzizov hadisə yerində ölmüşdür.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.09.2012
Sentyabrın 13-də saat 01.15 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Samir Zamanov vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Nizami RPİ 25-ci PB əməkdaşları tərəfindən hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Anar Bayramov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Lənkəran rayon sakini 2 yaşlı Amin Mirzəyev su quyusuna düşərək boğulmuşdur
13.09.2012
Sentyabrın 13-də Lənkəran rayonunun Girdəni kənd sakini 2 yaşlı Amin Mirzəyev həyətlərindəki su quyusuna düşərək boğulmuşdur.
Goranboy rayon Şəmmədli kənd sakini Vasif İsmayılov tapdığı qumbara alışdırıcısı əlində partlamışdır
13.09.2012
Sentyabrın 13-də Goranboy rayonunun Şəmmədli kəndi ərazisində, kənd sakini Vasif İsmayılov tapdığı qumbara alışdırıcısı ilə ehtiyatsız davrandığından partlayış baş vermişdir. Nəticədə V.İsmayılov sol əli kəsilmişdir.
Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.09.2012
Sentyabrın 13-də saat 15.00 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində, İmişli rayon sakini Səxavət Rzayev "Volksvagen-Tourage" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü və sərnişini hadisə yerində ölmüşlər.
O.M.