
Gədəbəy sakini qardaşı arvadını döyərək öldürüb
Azərbaycanın Gədəbəy rayonunda qətl törədilib. Bu barədə Apa-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gün baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Ramiz İmanıyev qısqanclıq zəminində qardaşı arvadı, 1965-ci il təvəllüdlü Lətifə Sahibovanı döyərək qətlə yetirib. R. İmanıyev qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
O.M.
Digər xəbərlər