
Azərbaycanda 12 Sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.
Yardımlı rayon sakini Zöhrab Əlili tutulmuşdur
12.09.2012
Sentyabrın 12-də Nəsimi rayonunun Puşkin küçəsindəki parkda, Quba rayon sakini Pərvin Yusifova qarşı zor tətbiq edərək içərisində 238 manat pul olan kisəni ondan almış Yardımlı rayon sakini Zöhrab Əlili tutulmuşdur.
Gülbahar Əlizadə işlədiyi "Ağ Hotel Aqua Park" otelində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır
12.09.2012
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kəndindəki "Ağ Hotel Aqua Park" otelində, orada işləyən Gülbahar Əlizadə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır.
Soyğunçuluq etdiklərinə görə tutulmuş Tural Əlizadənin, Səxavət Orucovun və Akif Manafovun digər cinayət əməlləri müəyyən edilmişdir
12.09.2012
Soyğunçuluq etdiklərinə görə sentyabrın 8-də Nəsimi RPİ 19-cu PB və Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən tutulmuş Tural Əlizadənin, Səxavət Orucovun və Akif Manafovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyul və avqust ayları ərzində Gülüm Məmmədseyidovaya, Jalə İbrahimovaya, Nigar Yusifovaya, Cəmilə Lətifovaya, Nisə Fərhadovaya və Yeganə Həsənovaya qarşı zor tətbiq edərək onlardan qızıl boyunbağılarını almaları da müəyyən edilmişdir.
Oğurluq etmiş Bakı şəhər sakinləri Elbrus İsgəndərov, Rəfayel Məlikov və Naməddin İmanov tutulmuşlar
12.09.2012
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də İsrayıl Cəbrayılova məxsus 3 baş qoyunu oğurlamış Bakı şəhər sakinləri Elbrus İsgəndərov, əvvəllər məhkum olunmuşlar Rəfayel Məlikov və Naməddin İmanov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin iyul ayında da İ.Cəbrayılovun həyətindən 1 baş qoyun oğurlamaları müəyyən edilmişdir.
Tovuz rayon sakini Gilə Qurbanovanı sərnişin qatarı vurmuşdur
12.09.2012
Sentyabrın 12-də saat 08.45 radələrində Ağstafa-Bakı sərnişin qatarı ilə Tovuz rayon sakini Gilə Qurbanova vurulmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Xəsarət almış qəsəbə Qaradağ rayonunun Qızıldaş qəsəbə sakini Sadiq Sultanov ölmüşdür
12.09.2012
Sentyabrın 12-də saat 16.30 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisindəki, Çənlibel Daş Karxanasında, qəsəbə sakini Sadiq Sultanov idarə etdiyi "MAZ" markalı yük qaldırıcı avtomaşında əyləc sistemində baş vermiş nasazlıq səbəbindən özünü avtomaşından atmışdır. Xəsarət almış sürücü xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2012
Sentyabrın 11-də saat 18.30 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Müslüm Məmmədov "Moskviç" markalı avtomaşını idarə edərkən həmyerlisi Nadejda Karnauxovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 12-də orada ölmüşdür.
Oğuz rayonunun Bucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2012
Sentyabrın 12-də saat 03.00 radələrində Oğuz rayonunun Bucaq kəndi ərazisində, Şəki şəhər sakini Tərlan Mustafayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişini hadisə yerində ölmüşlər.
Şəmkir rayonunun Könüllü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2012
Sentyabrın 12-də saat 23.50 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində, rayon sakini Vəzir Qurbanov "VAZ-21154" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü və sərnişini hadisə yerində ölmüşlər.
Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2012
Sentyabrın 12-də saat 18.30 radələrində Xaçmaz rayonu ərazisində, Armud-Padar kənd sakini Aydın Məmmədov "VAZ-21015" markalı avtomaşını idarə edərkən yolu keçən rayon sakini Əlizamin Məmmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.09.2012
Sentyabrın 11-də saat 09.00 radələrində Bakının Nizami rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Abşeron rayon sakini Cəfər Səfərov vurulmuşdur. Piyada xəstəxanaya müraciət etməmişdir.
O.M.