
Azərbaycanda 11 Sentyabrın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 21 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.
Bakı şəhər sakini Elməddin Məmmədovu bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmış Mingəçevir şəhər sakini Elməddin Dünyamalıyevin tutulması istiqamətində tədbirlər görülür
11.09.2012
Sentyabrın 11-də Xətai rayonu ərazisində, Mingəçevir şəhər sakini Elməddin Dünyamalıyev münaqişə zəminində Bakı şəhər sakini Elməddin Məmmədovu bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Xətai RPİ tərəfindən aparılır.
Ağcabədi şəhər sakini Rüfət Şükürov bıçaqla xəsarət yetirmiş Orxan İsmayılov tutulmuşdur
11.09.2012
Sentyabrın 11-də Ağcabədi şəhəri ərazisində, şəhər sakini Rüfət Şükürov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində törətmiş rayon sakini Orxan İsmayılov tutulmuşdur.
Yol-nəqliyyat hadisəsi törətmiş Bakı şəhər sakini Murad Hüseynov tutulmuşdur
11.09.2012
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də Yalçın Atayevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "VAZ-2107" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Murad Hüseynov tutulmuşdur.
Avtomaşın qaçırmış Bərdə rayon sakini Cəfər Əsaszadə tutulmuşdur
11.09.2012
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da Nəcabət Məmmədovaya məxsus qaçırılmış "Subaru" markalı avtomaşın sentyabrın 11-də əzilmiş vəziyyətdə tapılmış, avtomaşını qaçırmış Bərdə rayon sakini Cəfər Əsaszadə tutulmuşdur.
Abşeron rayon Mehdiabad qəsəbə sakini Şahlar Mustafayevə odlu silahdan atəş açaraq xəsarət yetirmiş Vasif Musayev tutulmuşdur
11.09.2012
Sentyabrın 11-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vasif Musayev xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq, həmyerlisi Şahlar Mustafayevə ayaq nahiyəsindən xəsarət yetirib, hadisə yerindən qaçmışdır. Ş.Mustafayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. Abşeron RPŞ əməkdaşlarının həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Musayev tutulmuş və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi ondan götürülmüşdür.
Astara rayonunun Pensər kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2012
Sentyabrın 11-də saat 10.00 radələrində Astara rayonunun Pensər kəndi ərazisində, rayon sakini Rəşad Dadaşovun idarə etdiyi "VAZ-21063" və Lerik rayon sakini Faiq Həmidovun idarə etdiyi "Hyundai" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Dadaşov və sərnişini Elvin Salayev hadisə yerində ölmüşlər.
Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2012
Sentyabrın 11-də saat 19.00 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində, rayon sakini Qabil Nəsirov "VAZ-2106" markalı avtomaşını idarə edərkən yolu keçən Xəyyam Mirzəyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Oğuz rayonunun Fincan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2012
Sentyabrın 11-də saat 21.20 radələrində Oğuz rayonunun Fincan kəndi ərazisində, Bakı şəhər sakini Emin Kərimov "VAZ-21115" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişinlərindən Səbuhi Kərimov hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişinləri isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
11.09.2012
Sentyabrın 11-də saat 19.20 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində, qəsəbə sakini Hətəm Qurbanov "BMW" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi 11 yaşlı Elvin Əlibəyovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Sumqayıt şəhərində yaşayan Tamella İsmayılova dəm qazından zəhərlənmişdir
11.09.2012
Sentyabrın 11-də Sumqayıt şəhərində yaşayan Tamella İsmayılova mənzilindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
Biləsuvar rayon Amankənd kənd sakini Tamara Ağayeva dərmandan zəhərlənmişdir
11.09.2012
Sentyabrın 11-də Biləsuvar rayonunun Amankənd kənd sakini Tamara Ağayeva evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
Şəmkir rayonunda yaşayan Zeynəb Hüseynova qidadan zəhərlənərək ölmüşdür
11.09.2012
Sentyabrın 11-də Şəmkir rayonunda yaşayan körpə Zeynəb Hüseynova qidadan zəhərlənmədən ölmüşdür.
O.M.